Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində əvvəlcə türk xalqının böyük xalqının xilaskar oğlu Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə əklil qoyub.
Dövlət qurumlarının nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı baş konsulluğunda davam etdirilib.