Naxçıvanda Türkiyənin Cümhuriyyət Günü qeyd olunur

Naxçıvan Sarayda Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə tədbir keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə rəsmi şəxslər, konsulluq əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

ƏvvəlkiBakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
NövbətiDünya çempionu olan güləş üzrə Azərbaycan millisi Vətənə dönüb