Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Əshabi-kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi yolunun kənarında keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, ekokönüllülər və muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində 1 hektarlıq ərazidə 625 tut tingi əkilib.