Muxtar respublikada virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir. Görülən tədbirlərin nəticəsində ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına ən az yoluxma halı Naxçıvan Muxtar Respublikasındas qeydə alınır.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin ətrafında yerləşən kənd yollar, məscidlər, səhiyyə, biznes, mədəniyyət müəssisələri, bir sıra dövlət qurumları və ictimai yaşayış binaları dezinfeksiya edilib. Dezinfeksiya tədbirləri çərçivəsində Naxçıvan şəhərində 640 min, muxtar respublikanın rayonlarında isə 560 min kvadratmetr olmaqla, ümumilikdə, 1 milyon 200 min kvadratmetr sahə dezinfeksiya edilib.
Dezinfeksiya tədbirləri Fövqəladə Hallar Nazirliyinin 4 xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, dezinfeksiya qrupları və Dövlət Baytarlıq Xidmətinin 6 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.