Naxçıvanda yeni təyinatlar olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət nəzarəti məsələləri sektoruna yeni müdir təyin edilib.

Türk.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyəİkram İslam oğlu Əliyev təyin olunub.

V.Talıbovun digər sərəncamı iləFaiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

ƏvvəlkiÖlkəmiz koronavirus pandemiyasından az itkilərlə çıxmaq əzmindədir
Növbəti“Evdə addımla” layihəsinə start verildi