Nazir açıqladı: Türkiyə sona qədər bu ölkədə qalacaq

Hazırda hədəfimiz daha fərqlidir, bu dəfə Şimali İraqda terroru tamamilə aradan qaldırana qədər qalacağıq.

Türk.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib.

“Prezidentimizin təlimatı ilə oradan terroru söküb atana qədər qalacaq şəkildə bu əməliyyata başlamışıq. Təxminən bir il əvvəl əməliyyatın planlaşdırma mərhələsi başlamışdı. Bu bölgədə baza sahələri yaradıldı. Bu ilk dəfə edildi. Bazalar yaradılmadan daha irəli nöqtələrə bir əməliyyat təşkil etmək texniki baxımdan problemli olardı”, – Canikli bildirib.

ƏvvəlkiTramp öz limuzinin Kim Çenə təqdim etdi – Video
NövbətiMəcburi Köçkün Uşaqlar Tibbi Müainədən Keçirildi:-Valideyinlər Maarifləndirildi