İtaliya Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə xüsusi briqada göndərib.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
“Mülki Müdafiə qüvvələrinin xüsusi xilasetmə briqadası Türkiyəyə yola düşüb və qısa müddət ərzində axtarış-xilasetmə işlərində iştirak edəcək”, – deyə nazir qeyd edib.