Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.
Bunu “Report”a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür.
“Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
Xatırladaq ki, bəstəkar-müğənni Murad Arif özünün feysbuk hesabında bağ evindəki həyətinə ayı balasının girməsi ilə bağlı videogörüntü paylaşıb.