Neft Daşlarının 75 illiyi və “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş markalar buraxılıb

Fəaliyyətə başladığı gündən “Azərpoçt” MMC ölkədə və dünyada baş verən əlamətdar günləri, tarixi hadisələri və sosial çağırışları öz markaları üzərində təsvir edir. Budəfəki markalar “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Azərpoçt” 6 növdə poçt bloku hazırlanaraq dövriyyəyə buraxıb. Markalar üzərində neft sənayesinin tarixi məqamları, eləcə də, neft platformaları və “Əsrin müqaviləsi 30 il” loqolu yazı əksini tapıb.

Bu il həmçinin, Neft Daşlarının 75 illik yubileyinə təsadüf edir. Bu münasibətlə “Azərpoçt” üzərində Xəzər dənizi və Neft Daşları əks olunan markanın da hazırlanaraq bu sislisəyə daxil edilməsinə xüsusi əhəmiyyət verib.

Markalar rəssam Orxan Qarayev və dizayner Günel İsgəndərova tərəfindən hazırlanıb.

ƏvvəlkiDövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
NövbətiErsin Tatar: ŞKTC müstəqil Türk dövlətidir