Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
“Report” xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.
Daha əvvəl laynerin qəzaya uğraması nəticəsində azı 45 öldüyü bildirilmişdi.
Nepalın baş naziri Puşpa Kamal Dahal ATR 72 təyyarəsinin qəzaya uğraması ilə bağlı hökumətin fövqəladə iclasını çağırıb.
Rusiya səfirliyi isə bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub.