“Qəzza zolağında humanitar fasilə zamanı 50-si qadın və uşaq olmaqla ümumilikdə 74 girov azad edilib”.
“Report” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“İndiyədək biz ilkin plana uyğun olaraq 50-si uşaq və qadın olmaqla 74 qaçırılan şəxsi azad etmişik. Biz planı tamamilə həyata keçirməli və oğurlanmış qadın və uşaqlarımızın, daha sonra isə istisnasız olaraq hamının azadlığa buraxılmasına nail olmalıyıq”-deyə, o bildirib.
Netanyahu vurğulayıb ki, İsrail Fələstinin radikal HƏMAS hərəkatının hərbi-inzibati potensialını məhv etmək üçün Qəzza zolağında atəşkəsdən sonra yenidən başlamaq niyyətindən əl çəkmir:
“Məqsədlərimizi yerinə yetirmək əzmindəyik: oğurlananların hamısını azad etmək və bu terror təşkilatını hər yerdə məhv etmək. Təbii ki, Qəzza bundan sonra olduğu kimi qalmayacaq və bundan sonra İsrail dövləti üçün təhlükə yaratmayacaq”.