Nicat Quliyev və Pərviz Həşimlinin şərləndiyi silahların mənşəyi barədə şok araşdırma- ZAVODDAN GƏLƏN MƏKTUBLAR SAXTA EKSPERT RƏYLƏRİNİ DARMADAĞIN EDİB

Məşhur vəkil Adil İsmayılovun sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyev jurnalist Pərviz Həşimlinin MTN tərəfindən eyni silahlarla şərlənməsinə dair açıqladığı faktlar mediada geniş rezonansa səbəb olub.

Gununsesi.org bu məsələ ilə bağlı sabiq nazirin vəkilləri olmuş Elton Quliyev, Əfqan Məmmədov və  Fuad Ağayevin araşdırması zamanı üzə çıxan faktları əldə edib.

 

Həbsinin ilk günlərindən Elton Quliyev başda olmaqla Nicat Quliyevin vəkilləri Əfqan Məmmədov və Fuad Ağayev MP-371 markalı tapançalarla bağlı  aidiyyatı orqanlara bu silah-sursatın mənşəyi barəsində suallar veriblər.

Çünki, müdafiə tərəfi Nicat Quliyev həbs edilən vaxtdan silahların ona aid olmadığına, onların MTN əməkdaşları tərəfindən avtomobilə və bağ evinə qoyularaq götürüldüyünə əmin idilər. Məhz bu səbəbdən istintaq orqanı silahların mənşəyini və əsl sahiblərini müəyyən etməkdə maraqlı olmayıb, ona görə də bu istiqamətdə məqsədyönlü istintaq hərəkətləri aparmaqdan imtina edib.

Müraciətlərində vəkillər qeyd edirdilər ki, bu məsələdə onlar məhkəmələrin adekvat və obyektiv münasibətinə nail ola bilməyib. Birinci instansiya məhkəməsi silahların mənşəyini araşdırmaqdan, ibtidai araşdırmanın boşluqlarını aradan qaldırmaqdan imtina etməklə kifayətlənməyərək “iş” üzrə əlavə saxtakarlıda da imza atmışdır. Apellyasiya məhkəməsi isə saxtakarlıqları araşdırmaqdan boyun qaçırmaq üçün ümumiyyətlə, istintaqı təzələmək istəməyib.

Vəkillər Nicat Quliyevin həbs edildiyi gündən etibarən onun tələbi ilə rəsmi və qeyri rəsmi yollarla silahların əsl sahiblərini tapmağa cəhd göstərirdi. Bu məqsədlə məhkəmələrdə silahla bağlı baxılmış onlarla cinayət işləri də öyrənilmişdir.

Vəkillərin bu yazısı onların orqanlara göndərdiyi müraciətlərində tapançalarla bağlı istehsalçı zavodda aparılan araşdırmalar nəticəsində əldə edilən məlumatlara həsr edilir.

1. Kiril əlifbasında “MP-371” (latın əlifbasında “MR-371”; bundan sonra “MR-371”) siqnal tapançasını yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyəti istehsal edir (bu müəssisə həmdə “Makarov” odlu döyüş tapançalarının istehsalçısıdır). “MR-371” siqnal tapançalarını istehsalçı kiril əlifbasındakı yazıyla “МР-371 КВ Жевело-Н Пистолет Сигнальный” (latın əlifbasında – “MR-371 KV Jevelo-N Pistolet Siqnalniy”) adlandırır. Aşağıdakı şəkildən qeyd olunanlar aydın görünür.

MR-371 (МР-371) siqnal tapançası PM Makarov (ПМ Макаров) tapançası

2. İstehsalçı zavod “MR-371”-nin konstruksiyasına aid bütün məlumatları özünün http://baikalinc.ru/http://baikalinc.ru/ru/company/open/weapon.htmlhttp://baikalinc.ru/ru/company/376.html və http://baikalinc.ru/res_ru/0_value_159538_192.pdfinternet səhifələrində yerləşdirib və onlar hamı üşün əlçatandır.

3. 26 avqust 2013 il tarixli birinci ekspert rəyində Ekspert Ruslan Qarayevin “MR-371” siqnal tapançasının “Makarov” odlu döyüş silahı kimi səciyələndirərək təqdim etməsi ya şüurlu saxtalaşdırmanın və yaxud ümumən predmet üzərində tədqiqatın və ya iddia edilən predmet üzərində obyektiv tədqiqatın aparılmamasının nəticəsidir.
4. 24 dekabr 2013-cü il tarixli ikinci ekspert rəyində ekspert Ruslan Qarayevin “MR-371” rəsmi adlı siqnal tapançasına öz tərəfindən “Makarov MR-371” adı verməsi onun bu rəyinə təsadüfü səhv kimi düşməməsi, ekspertin saxtakarlıq niyyətinin doğurduğu hərəkətdir.
5.. Əgər ekspert Ruslan Qarayev iddia etdiyi kimi maddi sübut kimi Nicat Quliyevə sırınan “MR-371” tapançalarını görübsə, onlara iddia etdiyi kimi üsullarla (…təbii işıq altında və süni işıqlandırmalar vasitəsilə…) baxmaq imkanı əldə edibsə, “MR-371” siqnal tapançasının sürgüsünün üzərinə nömrəsi də daxil olmaqla həkk edilmiş istehsalçı zavodun bu məhsula aid nişanını görməmək, tapançanın adının “Makarov” deyil “MR-371” olduğunu təsbit etməmək mümkün deyildir.


6. “MR-371” siqnal tapançalarının üzərində bu silahlara istehsalçı zavod tərəfindən verilən nömrələrdən başqa hər hansı bir həkk edilmiş müəyyənlik nişanı olmayıbsa (“MR-371” və digər), deməli, faktiki olaraq, istehsalçı zavoda aid rəsmi müəyyənlik nişanları (nömrələrin xaricində) silinmiş olmalı idi ki, bu da ekspertin rəydəki “… müəyyən oldu ki, onların səthi təmizdir, ilkin forma ölçülərini dəyişdirən mexaniki, termik və kimyəvi təsirdən yaranmağa xarakterik hər hansı zədə aşkar edilmədi…” ifadələrinin süurlu təhrifin nəticəsi olduğunu göstərir.
7. Ekspertlərin hər iki rəyində silah və sursatların, o cümlədən tapançaların yalnız konturlarını qeyri-müəyyənliklə əks etdirən fotoşəkillərini görmək mümkündür. Hər bir silahın yanında ona aidliyi iddia edilən nömrələrin şəkilləri verilmişdir (aşağıdakı şəkilə bax). Tapançalara aid təqdim edilən nömrələrin 10 (on) rəqəmli olduğunu hər iki ekspert rəylərdəki fotoşəkillərdən heç bir köməkçi vasitə olmadan adi gözlə oxumaq mümkündür. Odlu silah və döyüş sursatlarının və silahların tədqiqi üzrə 2000-ci ildən ekspert iş təcrübəsinə malik olan Ruslan Qarayevin başqa heç bir müqayisə imkanı olmadan da (siqnal tapançaların üzərində bu məhsula aid heç bir nişan və yazı olmasaydı da) on rəqəmli nömrəyə əsasən bu tapançaların “MR-371” deyil “Makarov” odlu döyüş silahı kimi təqdim etməsi onun yəqin, qeyd-şərtsiz saxtakarlıq məqsədinin göstəricisidir (istehsal edildiyi gündən saxtakarlıq məqsədinin göstəricisidir (istehsal edildiyi gündən hal-hazırki vaxta kimi “Makarov” tapançalarına on rəqəmli nömrə verilməmişdir).

8. “MR-371” siqnal tapançalarının üzərində bu tapançalara istehsalçı zavod tərəfindən verilən nömrələrdən başqa hər hansı bir həkk edilmiş müəyyənlik nişanı olmayıbsa (“MR-371” və digər), siqnal tapançalarının sürgüsünün üzərində onların (10 rəqəmli nömrələri xaricində) istehsalçı zavoda aid digər rəsmi müəyyənlik nişanlarının (“MR-371” və digər) silinməsinə dair ekspertin rəydəki “… müəyyən oldu ki, onların səthi təmizdir, ilkin forma ölçülərini dəyişdirən mexaniki, termik və kimyəvi təsirdən yaranmağa xarakterik hər hansı zədə aşkar edilmədi…” ifadələri süurlu təhrifin təstiqidir.

9. Ekspertin rəyləri saxtalaşdırıldığına dair əsaslar onun İkinci rəydə “MR-371” siqnal tapançalarına ad verərək onları “Makarov MR-371” kimi təqdim etməsi hərəkəti ilə də artır: “Makarov” tapançası heç bir zaman istehsalçı tərəfindən ekspertin göstərdiyi kimi (“Makarov MR-371”) adlandırılmamışdır. Həmçinin “MR-371” siqnal tapançası heç bir zaman (siqnal tapançaları 2010-cu ildən istehsal edilir) istehsalçı zavod tərəfindən “Makarov MR-371” kimi adlandırılmamışdır.

10. 26 avqust 2013-cü il tarixli ekspert birinci rəyində ekspertizada iştirakı qeyd olunan 2-ci ekspert Mübariz Mirzəyev cinayət işinin nömrəsini bir neçə yerdə 1023 olaraq (1038 olduğu halda) göstərmişdir. Bu hal dəfələrlə eyni qaydada təkrar olunur, yazı xətası kimi qiymətləndirilə bilməz. Deməli, ekspert və ya ekspertlər 1038 nömrəli iş üzrə göstərilən rəyi tərtib edərkən mahiyyəti bizə məlum olmayan MTN-də aparalmış 1023 nömrəli cinayət işinə dair ekspertiza rəyindən “copy-paste” adlanan elektron kopyalama-yapıştırma kompyüter əməliyyatından istifadə edib və ya ediblər.

11. Göstərilən bütün xususatlar aşağıdakı qənaəti yaradır: a) Ekspertlər də Nicat Quliyev, müdafiə tərəfi və məhkəmələr kimi iddia olunan silahları görməyib. b) Bütün mərhələlərdə ekspertlər silah-sursatla bağlı bütün iddiaları predmetləri tədqiq etməklə deyil yalnız kağız üzərində (biri ilə digərinə “əsas” yaratmaqla) formalaşdıraraq həyata keçirib. c) “MR-371” siqnal tapançasını “Makarov” konstruksiyalı odlu döyüş silahı kimi təqdim etməklə ekspertlər saxtakarlıq etmişdir. d) “MR-371” siqnal tapançasının güya lüləsinnin dəyişdirilməsi və darağının öturücü lövhəsinin yonulması ilə onun odlu döyüs silahına çevirildiyini göstərməklə ekspertlər daha bir saxtakarlıq etmişdir. e) “MR-371” siqnal tapançalarının rəsmi adına “Makarov” sözünü əlavə etməklə Nicat Quliyevə sırınan siqnal tapançaları barədə odlu döyüş silahı təsəvvürü yaratmaq və əvvəlki saxtakarlığını pərdələmək məqsədi güdərək “MR-371” siqnal tapançasını özündən uydurulmuş yeni adla “Makarov MR-371” odlu döyüş silahı kimi təqdim edərək ekspert təkrar vəzifə saxtakarlığı törətmişdir.

12. Fərz olunsa ki, ekspertlər sırınan silahları görməyə müyəssər olublar, bu zaman saxtakarlıqların bilə-bilə qəsdən törədildiyinə dair qənaət yalnız möhkəmləndirmiş olar (baxmayaraq ki, cinayət “işi”nin materialları və silah-sürsatın maddi sübut kimi üzə çıxmaması ekspertlərin silahları görməsinə dair ehtimalları absurdlaşdırır).

13. “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyətinin vəkil sorğularına rəsmi məlumatları “iş”in tərkib hissəsi olan bütün ekspert rəylərinin saxtalaşdırıldığını təkzibediməz şəkildə sübut edir: 1) “”MP-371”-in darağında nə 1 (bir), nə də 8 (səkkiz) 9х18 мм kalibrli patron yerləşdirilməsi mümkün deyil.”; 2) ”MP-371”-in darağının öturücü lövhəsinin yonulması 9х18 мм kalibrli patronların yerləşdirilməsi mümkünlüyü baxımından heç nəyi dəyişdirə bilməz.”; 3) ”MP-371”- in konstruksiyasının konstruktor-texniki həlləri onu başqa sürsata uyğunlaşdırılmasını istisna edir.”; 4) ”MP-371”-in konstruksiyasının konstruktor-texniki həlləri lülənin dəyişdirilməsi və sandıqcanın təkmilləşdirilməsi yolu ilə onun odlu döyüş silahına çevrilməsini və ondan 9х18 мм kalibrli güllələrlə atəş açılmasını qeyri-mümkün edir.”.”

Vəkillər bununla silahların Nicat Quliyevə aid olmadığını və onun dövlət məmurlarının ixtiyari davranışının və sui-istifadələrinin qurbanı olduğunu göstərir, Nicat Quliyevin həbsini, süni ittiham sübutlarının yaradılmasını, üzləşdiyi ittihamı və barəsindəki ittiham hökmünü ədalət məhkəməsinə, hüquqa, qanunun aliliyinə, milli və mənəvi dəyərlərə qarşı ağır cinayət hesab etdiyini bildirirdilər.

Bu arada onu da xatırladaq ki, MTN tərəfindən qurama əməliyyatla həbs edilən baş redaktor Pərviz Həşimli də eyni silahlarla şərlənmişdi. Belə ki, vəkillərin zavoddan aldıqları sənədlərə əsasən həm sabiq nazirin, həm də jurnalistin şərləndiyi silahlar eyni qutunun silahlarıdır və nömrə ardıcıllığı uyğundur.

Hər iki şəxsi MTN-nin həbs etməsini nəzərə alsaq, o zaman bu işlərin qurama olması üçün əlavə sübuta ehtiyac yoxdur.

Bu cinayəti törədən əməliyyat-istintaq orqanının aidiyyatı şəxsləri, o istintaqa nəzarət edən prokuorluq əməkdaşları, habelə, hökm çıxaran hakimlər bir gün qanun qarşısında törətmiş olduqları bu cinayətə görə mühakimə ediləcəklər.

 

Gununsesi.org

ƏvvəlkiPenitensiar Xidmətin alay komandiri “vuruldu”
NövbətiErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub