Niderlandda meymun çiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.
İnstitut yoluxmaların sayının artacağını gözləyir və gələn həftənin əvvəlində yeni infeksiyalar haqqında məlumat təqdim edəcək.
Son günlərdə dünyada “Meymun çiçəyi” virusu kəskin şəkildə yayılır. Artıq Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya və İspaniya bu virusa yoluxma ilə bağlı rəsmi məlumatlar veriblər.