Nigeriyanın şimalında Fransanın Nigerə qarşı planlaşdırdığı hərbi əməliyyata qarşı etiraz aksiyası keçirilib.
“Report” xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb.
Aksiya iştirakçıları “Fransa Nigeri öldürür”, “Biz müharibə istəmirik!”, “Nigerə qarşı müharibə ədalətsizdir!” kimi şüarlar səsləndiriblər.
Nümayişçilər Nigeriya və Niger bayraqlarını daşıyıblar, Fransa bayrağını isə yerə atıblar.
Bundan əvvəl məlum olub ki, Niger üsyançılarının yaratdığı hərbi şura ECOWAS-ın müdaxiləyə hazır olması ilə bağlı bəyanatları fonunda ordunun hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Avqustun 11-də Nigerdə hərbi qiyamçıların tərəfdarları ölkənin paytaxtı Niameydəki Fransa hərbi bazası yaxınlığında nümayiş keçirirlər.