SSRİ-nin sabiq rəhbərlərindən biri Nikita Xruşşovun oğlu, politoloq Sergey Xruşşov ABŞ-da intihar edib.
Trend-in məlumatına görə, 84 yaşlı politoloqun bədəni Nyu-Yorkda yaşadığı evdə başında güllə yarası ilə tapılıb.
Polis hadisənin intihar olduğunu müəyyənləşdirib.
Qeyd edək ki, S.Xruşşov 1991-ci ildən ABŞ-da yaşayıb.