“Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) məxsus bəzi sənədlər əvvəlki iqtidar təmsilçiləri tərəfindən “məxməri inqilab” ərəfəsində məhv edilib”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirNikol Paşinyan mətbuat konfransında bildirib.
O deyib ki, bu məsələyə dair neçə aydır xidməti təhqiqatlar aparılır: “Məhz hansı sənədlərin məhv olunduğu, orada əvvəlki iqtidarı çəkindirən məqamların nədən ibarət olduğu hələlik bəlli deyil”.
Sənədləri məhv etməyin cinayət olduğunu söyləyən N.Paşinyan MTX-nın şəffaf fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.