Novxanıda böyük tıxac yaranıb

Axşam saatlarında Novxanı yolunda böyük tıxac yaranıb.

“Report” un yerli bürosu məlumat verir ki, Novxanıdan Sumqayıt şəhəri istiqamətində artıq bir saatdır ki, nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Qeyd olunub ki, tıxaca səbəb dənizə istirahətə gələn şəxslərin sayının çox olmasıdır. Nəticədə avtomobillərin sayı artıb və yolda nəqliyyatın hərəkəti çətinləşib.

ƏvvəlkiMarmaris sahillərində turist gəmisində yanğın olub, yaralılar var
NövbətiHəftəsonu Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçiriləcək