Noyabrın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 665 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 136, üç və daha çox doza vaksinlərin sayı 276, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 57-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 915 min 384, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 60, ikinci mərhələ üzrə 4 milyon 872 min 347, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 601, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 376-dır.