Noyabrın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 594 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 138, ikinci doza vaksinlərin sayı 173, üç və daha çox doza vaksinlərin sayı 241, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 42-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 918 min 472, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 803, ikinci mərhələ üzrə 4 milyon 873 min 160, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 389 min 909, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 600-dür.