Noyabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 491 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 84, ikinci doza vaksinlərin sayı 79, üç və daha çox doza vaksinlərin sayı 278, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 50-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 912 min 185, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 236, ikinci mərhələ üzrə 4 milyon 871 min 664, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 387 min 188, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 97-dir.