ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində dəfn bürosu yaxınlığındakı yük maşınlarında onlarla çürüyən meyit aşkar edilib.
Türk.az-ın məlumatına görə, bu barədə “New York Times” qəzeti bildirib.
Qeyd edilir ki, polis yerli vaxtla səhər təxminən saat 11-də (Bakı vaxtı ilə saat 19) avtomobillərdən gələn xoşagəlməz qoxudan şikayət edən evlərin bir çox sakinləri tərəfindən çağırış alıb. Əraziyə gələn polis əməkdaşları içərisində onlarla çürüyən meyit olan yük maşınları aşkar ediblər.
Qəzetin məlumatına görə, yük maşınında tapılanlar koronavirusdan ölmüş insanların meyitləridir. Onların sayı naməlumdur.
Məmurlardan biri qəzetə bildirib ki, dondurucu kameraların işini dayandırmasından sonra dəfn bürosu meyitləri yük maşınlarında saxlayıb.
Polis iş üzrə araşdırma aparır.
Qeyd edək ki, Nyu-York ABŞ-da koronavirus epidemiyasının mərkəzindədir. Xəstəxanalara gündəlik yerləşdirilən xəstələrin sayının azalmasına baxmayaraq, hər gün ölən insanların sayı hakimiyyət nümayəndələrini dəhşətə salır. Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 60 mini ötüb.