Oktyabrın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 776 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 361, ikinci doza vaksinlərin sayı 123, üç və daha çox doza vaksinlərin sayı 238, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 54-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 901 min 395, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 386 min 713, ikinci mərhələ üzrə 4 milyon 869 min 524, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 382 min 774, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 384-dür.