Oktyabrın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 434 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 99, ikinci doza vaksinlərin sayı 91, üç və daha çox doza vaksinlərin sayı 207, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 37, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 999, ikinci mərhələ üzrə 4 milyon 871 min 404, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 616, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 18-dir.