Oktyabrın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 856 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 341, ikinci doza vaksinlərin sayı 162, üç və daha çox doza vaksinlərin sayı 301, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 52-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 895 min 899, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 384 min 745, ikinci mərhələ üzrə 4 milyon 868 min 317, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 380 min 801, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 36-dır.