Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

Azərbaycanın rayonlarında martın 27-də gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

ƏvvəlkiSamuxda zəlzələ baş verib
NövbətiAlmaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib