Türk.az saytına daxil olan məlumata görə, holdinqin bütün saytları bağlanıb və bundan sonra fəaliyyət göstərməyəcək.
Bir neçə saatdır holdinqə daxil olan bütün saytlar fəaliyyətini dayandırıb. Yaranmış vəziyyətlə bağlı holdinq rəsmilərindən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı ilə bağlı məlumat yayan APA informasiya agentliyi təhrifə yol verib.
Türk.az xəbər verir ki, sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir”(apa.az/daxili_siyaset/apa-nin-aciqlamasi-5508).html) başlığı ilə məlumat yaysa da, agentliyin bu üzrü qəbul edilməyib. Üzr yazısından bir qədər sonra APA holdinqin apa.az, lent.az, apasport.az və digər saytlarına giriş bloklanıb.