2022-2024-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirilib və əldə edilmiş uçot məlumatları tam təhlil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi aparılıb.
Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.