Azərbaycanda ilk dəfə “Gələcəkdən Baxış” konsept mesajı ilə keçiriləcək İnteryer Mebel Forumu – İMF2024 30 May 2024-cü il Gülüstan Sarayında bir bütöv günü əhatə etməklə 600-dək iştirakçını, 200-ə yaxın şirkəti bir araya gətirməyi planlaşdırır.
Facemark şirkətinin təşkilatçılığı, Mutfakçı şirkətinin platinum sponsorluğu ilə İnteryer Mebel Forumu Azərbaycanda interyer dizayenerlər və mebel istehsalçıları üçün platforma rolunu oynayacaq. Ölkəmizdə çalışan memarlar, interyer dizaynerlər, mebel istehsalçıları, ev-dekorasiya məhsullarının satışı ilə məşğul olan sahibkarlar və bu sahədə çalışan xarici şirkətlər forumun əsas iştirakçıları olacaqdır.
Dünya interyer dizayn və mebel sahəsində olan qabaqcıl nümunələrin Azərbaycan bazarında tətbiqininin genişləndirilməsinə xitab edir. İnteryer dizayn peşəsinin üst səviyyəyə gəlməsinə, professional mebel istehsalının ölkəmizdə inkişaf etməsi üçün Forum peşəkarları bir araya gətirir. İMF2024-ün əsas məqsədi dizayn sahəsində peşəkar spikerlərin çıxışı və sahə üzrə təcrübələrini müzakirə və təhlil edərək fikir mübadiləsi aparmaqdır.
Peşəkar moderator və spikerlər “İnteryerə Yeni Baxış”, “Müasir Mebel Necə Olmalıdır?” və “Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!” panelləri üzrə əsas müzakirələr aparacaqdır.
İnteryer Mebel Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.imforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/profile.php?id=61556082195755
İnstaqram: https://www.instagram.com/imforumbaku/
Linkedln: https://www.linkedin.com/company/i%CC%87nteryer-mebel-forumu-i%CC%87mforum-2024