Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı “Bakı KOB evi”ndə olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Orxan Məmmədov səfirə KOB evi konsepsiyası və üstünlükləri, vahid məkanda dövlət və özəl qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərin biznesin işini asanlaşdırması, KOB evləri ilə bağlı nəzərdə tutulan yeniliklər barədə məlumat verib.
“Bakı KOB evi” ilə tanışlıq çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinə, ölkəmizdə fəaliyyət göstərən Türkiyə şirkətləri ilə yerli KOB subyektlərinin əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.