Onlayn lotereya oynamaq adı ilə 100-ə yaxın şəxsi aldadan qadın saxlanılıb

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Türk.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Qurum rəsmisi deyib ki, Qasımova Vüsalə Rizvan qızı məsuliyyətə cəlb edilib. O, onlayn lotereya oynamaq adı ilə 100-ə yaxın şəxsi aldadaraq 200 manatlarını ələ keçirib.

Araşdırmalar davam etdirilir.

ƏvvəlkiErsin Tatar: “Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”
NövbətiUkrayna itirdiyi ərazisini Azərbaycan vasitəsilə necə tərk etmək barədə məlumat yayıb