OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsi ilə bağlı razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.
“OPEC-ə üzv və qeyri-üzv ölkələr üçün ümumi xam neft hasilatının səviyyəsi gələn ilin yanvarın 1-dən dekabrın 31-dək sutkada 40,46 milyon barelə çatdırılsın”, – deyə məlumatda bildirilir.
Ümumilikdə, hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.