Moskvada Ostankino teleqülləsinin ziyarətçiləri bomba təhlükəsi səbəbindən təxliyə edilib.
“Report” xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
“Hazırda təhlükəsizlik məqsədilə Ostankino qülləsinə gələn bütün ziyarətçilər təxliyə edilib”, – məlumatda deyilir.
Təcili yardım xidmətləri və kinoloqlar hadisə yerindədir.
Ötən ilin fevralında Ostankino televiziya mərkəzində və Ostankino qülləsində partlayış təhlükəsi barədə iki dəfə: fevralın 8-də və 27-də məlumat verilib. Hər iki dəfə də xəbərlər təsdiqlənməyib.