Ötən gecə Qırğızıstanda yağan ilk qar Çuy vilayətinin Suusamır vadiisindəki Too-Aşuu aşırımında maşınların hərəkətini iflic edib.
AZƏRTAC xəbər verir ki, aşırımdakı yollarda qarın və buzun təmizlənməsinə texnika cəlb edilib.
Vilayətin hakimiyyət orqanları aşırımdakı yollarda olan qar və buz təmizlənənə qədər sürücüləri müvəqqəti olaraq bu istiqamətdə yola çıxmamağa, yaxud da qış təkərlərindən istifadə etməyə çağırıb.