Ötən il Azərbaycanda istehsalatda 465 bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb.