Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 272,3 milyon kilovat-saat və ya 0,9 faiz artaraq 29 milyard 276,6 milyon kilovat-saat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
O bildirib ki, ötən il ərzində ixrac 3252,5 milyon kilovat-saat, idxal isə 211,8 milyon kilovat-saat olub.
“Yanvar-dekabr aylarında İES-lər üzrə 27 milyard 160,4 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 milyard 116,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib”, – deyə nazir qeyd edib.