2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun rəhbərliyi və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
Quldurluqla bağlı müvafiq dövr ərzində qeydə alınmış 61 hadisədən 95 faizinin açılması təmin edilib.