Türk dünyasının məşhur sənətkarı Ozan Arif müalicə aldığı Samsun “Ondoqquz Mayıs Universiteti” Tibb Fakültəsi xəstəxanasında vəfat edib.
Ozan Arif qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi.
O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub.
O, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. Ozan Arif məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.
Türk.az saytı olaraq sənətçinin ailəsinə, yaxınlarına eləcə də bütün türk dünyasına baş sağlığı veririk.