Özbəkistanın Səmərqənd Vilayətinin Kattakurqan Dövlət Dram Teatrının bir qrup əməkdaşı Bakıya qastrola gəlib. Bu sənət ocağının kollektivi özlərinə məxsus tamaşa ilə Bakı səhnəsində çıxış edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrdan məlumat verilib.
Bildirilib ki, bu gün Musiqili Teatrın səhnəsində özbək dilində “Qayınana” tamaşası göstəriləcək.
Bundan əlavə, teatrsevərlər dekabrın 4-5-də eyni məkanda həmin tamaşanı yenidən izləyə biləcəklər.