Özbəkistan Azərbaycanın iştirakı ilə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib.
Trend-in məlumatına görə, ölkənin nəqliyyat naziri İlhom Mahkamov Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı Əfqanıstan ərazisindən Türkiyə-Qafqaz-Mərkəzi Asiya-Cənubi Asiya yeni multimodal dəhlizin formalaşdırılmasını irəli sürüb.
Onun sözlərinə görə, Cənubi Asiyada qısa və ortamüddətli perspektivdə artım tempinin sürətlənməsi üçün yüksək potensial nəzərə alındıqda, region ölkələri ilə yük daşımalarının inkişafı üçün addımlar atmaq lazımdır.