Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, o, bu barədə Özbəkistanın paytaxtında keçirilən ECO sammiti çərçivəsində bildirib.
Prezident, həmçinin Azərbaycanın 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin vacibliyini vurğulayıb.