Özbəkistan Türkiyəyə xilasetmə qrupları göndərəcək.
“Report” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında yazıb.
O, qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Şavkat Mirziyoyev Türkiyədə güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatına görə Ərdoğana bir daha başsağlığı verib.