Özbəkistan vətəndaşı, Qaşqadərya vilayətinin sakini Cumanazar Xalmuradov piyada Həcc ziyarətinə yola düşüb. O, artıq ölkənin Qaraqalpaq vilayətinə çatıb.
AZƏRTAC xəbər verir ki, Qaraqalpaqstanda C.Xalmuradovu vilayət sakinləri qarşılayıblar. Onun arzusunu nəzərə alan yerli əhali yurta (milli çadır) qurub, səyahətçini Qaraqalpaq milli yeməklərinə qonaq edib, xalq musiqisi səsləndirilib.
Cumanazar Xalmuradov yerli jurnalistlərə müsahibəsində deyib ki, dekabr ayında Məkkədə olmağı planlaşdırır. Vurğulayıb ki, Məkkəyə piyada getmək çoxdankı arzusu olub və bu il arzusunu reallaşdırmaq niyyətindədir.