Aprelin 12-də axşam saatlarında Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 66 nəfər artaraq 833-ə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün daha 19 xəstənin sağaldığı elan edilib və onlar reabilitasiya mərkəzinə göndərilib. Beləliklə ölkədə bu virusdan sağalanların sayı 61-ə çatıb, dörd xəstə isə dünyasını dəyişib. Xəstəliyə yeni yoluxanlar karantində olanların hesabına artıb.
Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantin keçənlərin sayı 90 min nəfərdir.