Bir ildir ki, “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışına yasaq qoyulan Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimliyə tətbiq edilən məhdudiyyət aradan götürülüb.
Bu barədə Gununsesi.org-a baş redaktorun özü məlumat verib: “Nəhayyət ki, 1 ildən bəri ölkədən çıxışıma qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu barədə mənə Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən bildirdilər. Ötən müddət ərzində 2 dəfə AŞ PA-nın sessiyalarına, habelə, bir sıra beynəlxalq tədbirlərə dəvət alsam da bunu gerçəkləşdirə bilməmişdim”.
Pərviz Həşimli onu nda qeyd edib ki, ona qoyulan məhdudiyyət məhkəmə qərarı olmadan tətbiq edilmişdi: “Bu məsələdə mənə dəstək olan media quruluşlarına, əməyi olan digər şəxslərə təşəkkür edirəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl baş redaktor Azərbaycan Rusiya sərhəddindən geri qaytarılmışdı.