Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla bu ölkənin informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatimə arasında telefon danışığı baş tutub.
AZƏRTAC Pakistan mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı informasiya texnologiyaları və telekommunikasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Pakistanlı naziri yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edən səfir Azərbaycanın Pakistanla İKT sahəsində əlaqələri daha da genişləndirmək istədiyini bildirib.
Pakistan və Azərbaycanın qardaşlıq münasibətlərinin olduğunu deyən Şaza Fatimə ölkəsinin Azərbaycanla əlaqələrə böyük dəyər verdiyini, iki ölkə arasında informasiya texnologiyaları və telekommunikasiya sektorunda ciddi əlaqələr qurmaq istədiyini bildirib.
Şaza Fatimə bildirib ki, Pakistan Azərbaycanla gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir. O qeyd edib ki, iki ölkə arasında startap mübadiləsi mövcud əlaqələri daha da inkişaf etdirəcək.