Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan barəsində 8 günlük həbs qərarı çıxarıb.
“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Sabiq hökumət başçısının həbsinə etiraz edən naməlum şəxslər ölkənin Peşavar şəhərində “Pakistan Radiosu”nun binasına hücum edib, ofisini yandırıblar.
İ.Xan mayın 9-da saxlanılıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.
Eks-Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.
Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.