Pakistan və Qırğızıstan prezidentlərinin Çinə səfəri başlayıb

Fevralın 4-də Pakistan Prezidenti Asif Əli Zərdari və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Çinə dövlət səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, hər iki dövlət başçısının təyyarəsi Pekin hava limanına enib.

Pakistan liderinin səfəri fevralın 8-dək, Qırğızıstan Prezidentinin səfəri isə fevralın 7-dək davam edəcək. Hər iki lider səfər çərçivəsində 9-cu Asiya Qış Oyunlarının Harbin şəhərində keçiriləcək açılış mərasimində də iştirak edəcək.

ƏvvəlkiAZAL-ın təyyarəsinin yer səthi ilə toqquşana qədər hidravlik sistemlərinin zədələndiyi sübut edilib
NövbətiHesabat: AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib