Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Haripur rayonunda avtobusun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
AZƏRTAC “The international news” saytına istinadla xəbər verir ki, xilasetmə xidmətinin məlumatına görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.
Həkimlər yaralılardan üçünün vəziyyətini ağır qiymətləndirir. Ölənlərin sayının artacağı istisna edilmir.