Pakistanın hakimiyyət orqanları havanın çirklənməsi səbəbindən milyonlarla insanın yaşadığı Lahor şəhərlərində ilk dəfə olaraq süni yağışı sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, rəsmilərin məlumatına görə, eksperiment Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə baş tutub. Təcrübə zamanı “bulud toxumu” adlanan prosesdən istifadə edərək süni yağış yağdırılıb.
Lahor şəhərinin sakinləri həftələrdir ki, hava çirklənməsindən əziyyət çəkir. Pakistanın hakimiyyət orqanları sənaye, nəqliyyat tullantıları və zibillərin yandırılmasını havanın çirklənməsinin əsas səbəbləri kimi görür.