Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti polisə istinadən məlumat yayıb .
Məlumata görə, 6 nəfər yaralanıb. Əyalət polis rəisi bildirib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.
Fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb.